Hava mülayimləşəcək PROQNOZ

İyulun 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəzlənəcək, havanın temperaturu gecə 20-25, gündüz 28-33 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun hərarətinin 23-24 dərəcə isti olacağı proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında havanın temperaturunun gecə 22-27, gündüz 34-39, dağlıq və dağətəyi rayonlarda gecə 15-20, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Bürodan onu da qeyd ediblər ki, Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraiti sabah gündüz saatlarından başlayaraq tədricən mülayimləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə