Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının təsdiq etdiyi müvafiq Dövlət Proqramlarının yerinə yetirilməsi nəticəsində respublikamızın müxtəlif bölgələrində məskunlaşan məcburi köçkün və qaçqın ailələrinin maddi-məişət şəraiti durmadan yaxşılaşır. SİA-nın verdiyi məlumata görə, bu gün Bakı şəhərinin Nərimanov rayonunda Cəbrayıl, Zəngilan, Füzuli, Ağdam və Qubadlı rayonlarindan olan qaçqın uşaqlarla Azərbaycanda 2002-ci ildən həyata keçirilən "Açıq Əyləncəvi Futbol Məktəbləri" layihəsi çərçivəsində görüş keçirilib.
Görüşdə Milli Məclisin deputatı Rauf Əliyev, Nərimanov rayonu Gənclər və İdman İdarəsinin müdiri Nəcəf Novruzov və müxtəlif təşkilatlardan nümayəndələr iştirak ediblər. Tədbirin keçirilməsində məqsəd uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi, onlarda futbola və başqa idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini aşılamaqdan ibarət olub.
Sonda uşaqlara müxtəlif idman ləvazimatları paylanıb. Həmçinin uşaqlar əyləncəli futbol nümayiş etdiriblər.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB