Yaşıllaşdırma İdarəsi gücləndirilmiş iş rejiminə keçib

FOTOLAR
Yaşıllaşdırma İdarəsi gücləndirilmiş iş rejiminə keçib

Havaların isti keçməsi ilə əlaqədar olaraq Gəncə şəhər Yaşıllaşdırma İdarəsi gücləndirilmiş iş rejiminə keçib. SİA-nın bölgə müxbirinin xəbərinə görə, idarənin 180 nəfərlik işçi qüvvəsi iki növbəli olaraq, səhər saat 8-dən 3 və axşam saat 18-dən gecə saat 24-ə kimi olmaq şərti ilə şəhərin park və yaşıllıq zolaqlarının, həmçinin küçə və prospektlərdə yol kənarlarına əkilən ağacların istidən qorunması üçün lazımi tədbirləri həyata keçirirlər. Gündəlik olaraq idarənin balansında olan 45 subartezian quyusu və 18 su maşını vasitəsi ilə ağaclar və yaşıllıq zolaqları suvarılır və idarə çalışanları tərəfindən xüsusi aqrotexniki qulluq göstərilir.

Xatırladaq ki, Gəncə şəhər Yaşıllaşdırma idarəsi 27 park olmaqla ümumilikdə 1365 hektar əraziyə qulluq göstərirlər.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə