Ankarada Azərbaycan Gecəsi təşkil olunub FOTOLAR

Ankarada Azərbaycan Gecəsi təşkil olunub FOTOLAR

Ankaranın Keçiören rayon bələdiyyəsində 6-cı Beynəlxalq Ramazan Şənlikləri çərçivəsində cari ilin 3 iyul tarixində Azərbaycan Gecəsi təşkil olunub. SİA-nın Azərbaycan səfirliyindən aldığı məlumata görə, Azərbaycan Gecəsi münasibətilə sözügedən bələdiyyənin təşkilatçılığı və Səfirliyimizin dəstəyi ilə 6-cı Beynəlxalq Ramazan Şənliklərinin keçirildiyi sahədə ölkəmizə xas olan tarixi, mədəni və incəsənət əsərlərinin nümayiş etdirildiyi Azərbaycan Evinin açılışı da olub.

Açılışı Keçiören rayon bələdiyyəsinin Sədri Mustafa Ak, Azərbaycan Respublikasının Türkiyədəki Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Bağırov, Sumqayıt şəhər bələdiyyəsinin sədri Əfülfəz Babayev və AKP millət vəkili Orxan Atalay həyata keçiriblər.

Azərbaycan Evini ziyarətə gələn çoxsaylı qonaqlara "Heydər Əliyev" və "İlham Əliyev" kitabları ilə yanaşı "İrs-Miras" və "Diplo Atlas" jurnalları və ölkəmizlə bağlı digər materiallar hədiyyə edilib.

Tədbirin açılış nitqini həyata keçirən Keçiören rayon bələdiyyəsinin sədri Mustafa Akın, Sumqayıt şəhər bələdiyyəsinin sədri Əfülfəz Babayev, Səfir Faiq Bağırov və AKP millət vəkili Orxan Atalay öz ürək sözlərini çoxsaylı qonaqlarla bölüşüblər. Daha sonra natiqlər həyata keçirdikləri qısa nitqlərin ardından qarşılıqlı olaraq xatirə plaketləri təqdim ediblər.

Tədbir, ölkəmizdən Azərbaycan Gecəsində iştirak etmək üçün gələn muğam qrupunun bir birindən gözəl əsərlər səsləndirməsi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə