Stansiya rəhbərləri işdən azad edildi FOTO

Stansiya rəhbərləri işdən azad edildi FOTO

Bu gün "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində geniş kollegiya iclası keçirilib. SİA-nın məlumatına görə, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək dəmir yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.

O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daha intensiv şəkildə aparılır.

Hazırda dəmir yolunda bir sıra yeni layihələr icra olunmaqdadır. Bu nəhəng qurumun infrastrukturunun yeniləşdirilməsi, xidmətin səviyyətinin daha da yüksəldiləsi istiqamətində bütün qüvvələr səfərbər olunub.

Sonra C. Qurbanov diqqətə çatdırıb ki, bir çox problemlər də mövcuddur, bir çox məsul işçilər onlara tapşırılan işin məsuliyyətini dərk ediblər. Bununla əlaqədar struktur islahatlarının aparılmasına ciddi ehtiyac yaranıb.

Qeyd edək ki, geniş kollegiya iclasında bir neçə idarə və stansiya rəhbəri işdə yol verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifədən azad edildi.

Bütün xəbərlər Facebook səhifəmizdə