Türk iş adamları cəbhə bölgəsi olan Tovuz rayonunun İbrahim Hacılı və Cəlilli kəndində Millət vəkili Qənirə Paşayevanın təşkilatçılığı ilə 300 nəfərə Ramazan bayramı münasibəti ilə ərzaq hədiyyəsi paylayıblar. Yerli sakinlər isə iftarla bağlı onlara verilən ərzaqdan daha çox, yad edilmələrini və onlar ilə görüşə gələn, onları yad edən şəxslərin gəlişlərinə daha çox sevindiklərini bildirib. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, Türkiyə sənaye iş adamları beynalxalq cəmiyyətinin sədri Yalvuz Kələş Türkiyə- Azərbaycan dostluğundan danışıb, şəhid ailələrinə və imkansız ailələrə kömək etməyin əsas məqsədlərindən biri olduğunu deyib.
Millət vəkili Qənirə Paşayeva isə 11 ayın sultanı olan Ramazan bayramı münasibəti ilə kəndlərdə olub, imkansız ailələri sevindirməyin önəmliliyindən danışıb və bu təşəbbüsə qoşularaq, imkansız ailələri sevindirdiklərinə görə türk iş adamları birliyinə minnətdarlığını bildirib.
Kamran Əskiparalı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB