206 çoxmərtəbəli binaya qaz verilib

206 çoxmərtəbəli binaya qaz verilib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi 206 çoxmərtəbəli binaya təbii qaz verilib. SOCAR-dan SİA-ya verilən məlumata görə, birlik bu ilin yanvar-iyun aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 206 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.

Qeyd edək ki, həmin binalarda ümumilikdə 3 912 ailə yaşayır.

Ümumiyyətlə, "Azəriqaz" İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə "mavi yanacaq"la təmin olunmasında maraqlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə