6 ayda 1711 cütlük evlənib

Bu ilin 6 ayı ərzində Gəncə ASAN xidmətinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı şöbəsində 1711 nikaha daxilolma qeydə alınıb. 2015-ci ilin cari dövründə nikahla yanaşı, şöbədə 38 halda boşanma prosesi həyata keçirilib. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, xidmətin əhatə etdiyi qərb bölgəsinin 13 şəhər və rayonunda bundan başqa 2 erkən nikahın qeydə alınması, 2946 doğum şəhadətnaməsinin verilməsi, 70 halda soyadın dəyişdirilməsi və 543 halda atalığın müəyyən olunması prosesi aparılıb. Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı şöbəsindən bildirilib ki, əhaliyə bu sahədə göstərilən xidmətin səviyyəsi yüksək olduğundan ötən illərə nisbətən müraciət edənlərin sayı artmaqdadır.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə