Külək güclənəcək, temperatur enəcək PROQNOZ

Külək güclənəcək, temperatur enəcək PROQNOZ

İyulun 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyinin güclənəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbırı görə, paytaxtda havanın temperaturu gecə 22-25, gündüz 26-31 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 4-də hava əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda havanın temperaturu gecə 13-18, gündüz 25-30 dərəcə isti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə