"Azərkosmos" mükafatlandırıldı

"Azərkosmos" mükafatlandırıldı

"Azərkosmos" ASC Beynəlxalq İdman Yayımı şirkəti tərəfindən İlk Avropa Oyunlarının keçirildiyi müddətdə peyk xidmətlərinin təmin olunmasında göstərdiyi xidmətlərə görə fəxri fərmanla mükafatlandırılıb.

Səhmdar Cəmiyyətindən bildirilib ki, birinci Avropa Oyunları zamanı görüntünün dünyanın 74 beynəlxalq yayım mərkəzinə çatdırılması "Azərkosmos"un operatoru olduğu "Azerspace-1"peyki üzərindən həyata keçirilib. Eyni zamanda, şirkət avarçəkmə yarışlarına ev sahibliyi edən Mingəçevirdən informasiyanı Bakıda yerləşən Beynəlxalq Yayım Mərkəzinə ötürmək üçün Avropa Oyunlarını peyk rabitəsi olan xüsusi avtomobillə təmin edib. "Azərkosmos" oyunların ən maraqlı anlarının Avropa, eləcə də dünyanın digər qitələrindəki milyardlarla televiziya tamaşaçısına yüksək keyfiyyətlə və fasiləsiz çatdırılmasında mühüm rol oynayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə