BBC min nəfər əməkdaşını işdən çıxaracaq

BBC min nəfər əməkdaşını işdən çıxaracaq

BBC-nin baş direktoru Toni Holl Britaniyanın yayım korporasiyasında miqyaslı ixtisarlar aparılacağını elan edib. Onun sözlərinə görə, şirkətin min nəfər əməkdaşı iş yerlərini itirəcək. xəbər veriLİr ki, ixtisarların səbəbi kimi korporasiyanın maliyyələşdiyi televiziya yığımından (licence fee) BBC-yə nəzərdə tutulduğundan 150 milyon funt sterlinq az vəsait ayrılması göstərilir.

Qanuna görə Böyük Britaniya ərazisində yaşayan hər bir ailə televiziya yığımı adlı xüsusi vergi ödəməlidir. Lakin son zamanlar televizora baxmadıqları bəhanəsi ilə daha çox insan bu vergini ödəməkdən imtina edir.

BBC-nin əməkdaşı Devid Sillitonun sözlərinə görə, min əməkdaşını ixtisar etməklə korporasiya 50 milyon funt sterlinq vəsaitə qənaət etmiş olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə