3 kəndi birləşdirən ikizolaqlı yol rayondan Gəncə istiqamətinə əsas çıxışdır. Ümumi uzunluğu 15 kilometr olan yol Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolu ilə Goranboy rayonunu birləşdirən əhəmiyyətinə görə, 2-ci ən böyük yoldur. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, 3-cü kateqoriyalı yol olan magistral uzun müddətdir ki, nəqliyyatın hərəkəti üçün yararsız vəziyyətdə idi. Hazırda Goranboy 19 saylı Yol İstismar İdarəsinin canlı qüvvəsi və texnikası yolun qəza vəziyyəti yaradan hissələrinə asfalt örtüyü çəkir. Cari təmir işləri zamanı 3 avtomobil körpüsündə də bərkitmə prosesi aparılıb.
Xatırladaq ki, Goranboy 19 saylı Yol İstismar İdarəsi ümumlikdə 317 kilometr yola xidmət edir ki, bunun da 59 kilometri dövlət əhəmiyyətli yol hesab edilir.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB