Minadan təmizlənən ərazilər

2015-ci ilin iyun ayı ərzində 4,220,998 kvadrat metr ərazi yoxlanılmış, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənmişdir. 22,605 ədəd Partlamamış Hərbi Sursat (PHS) aşkar edilərək zərərsizləşdirilib. ANAMA-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, əməliyyatlarda 487 nəfər minaaxtaran mütəxəssis və 116 nəfər yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 291,404,465 kvadrat metr ərazi təmizlənmişdir. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 712,877-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Gəncə, Ağdam, Xocavənd, Lənkəran, Ağstafa, Füzuli, Goranboy, Tovuz, Qaradağ, Abşeron və Tərtər rayonlarında davam etdirilir.

2015-ci ilin iyun ayı ərzində iki mina/PHS hadisəsi qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə