Masallıda güclü yanğın hadisəsi baş verib. SİA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Qızılavar kəndində qeydə alınıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Onların səyləri ilə güclü alov lokallaşdırılmaqla yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmasa da, kənd sakini, 58 yaşlı Eldar İmanqulu oğlu Novruzova məxsus ümumi sahəsi 108 kv.m olan kürsülü birmərtəbəli, 2 otaqlı ev içindəki əşyalarla birlikdə yanaraq kül olub.
Qeyd edək ki, bir gün öncə də Eldar Novruzovun həyətindəki tövlədə yanğın hadisəsi baş verib. Yanğınsöndürənlərin vaxtında müdaxiləsi nəticəsində yanğının əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb. Ev sahibləri hər iki yanğın hadisəsinin qəsdən törədildiyini və bu barədə müvafiq qurumlara qabaqcadan məlumat verdiklərini bildiriblər.
Faktla bağlı araşdırma aparılır. Yanğının dəqiq başvermə səbəbləri ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB