Qarşıdan Milli Mətbuat Günü gəlir. 140 illik yubiley münasibətilə genişmiqyaslı tədbirlər keçiriləcək. Eyni zamanda jurnalistləri bir sıra mükafatlar gözləyir. Bu barədə "Xəzər Xəbər"ə müsahibəsində Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov məlumat verib.
Əli Həsənov deyib ki, iyulun 22-də Azərbaycan milli mətbuatının yaranmasının 140 ili tamam olur. Bu münasibətlə Prezidentin Sərəncamına əsasən Bakıda və bölgələrdə yubiley tədbirləri keçiriləcək, milli mətbuatın inkişafında xidmətləri olan jurnalistlər mükafatlandırılacaq: "Bu il Azərbaycanda fərqlənmiş, mətbuatın inkişafında səmərəli fəaliyyət göstərmiş, xüsusi xidmətləri ilə seçilmiş bir qrup jurnalistin fəxri adlara, orden və medallara, o cümlədən müxtəlif digər təltiflərə təqdim olunması və o təltiflərlə mükafatlandırılması gözlənilir".
Jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasınin diqqət mərkəzində olduğunu deyən Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi vurğulayıb ki, bu məqsədlə mətbuat işçiləri üçün bir yaşayış binası tikilərək 2013-cü ildə istifadəyə verilib: "Elə həmin il ikinci belə binanın tikintisinə başlanıb. Hazırda binada inşaat işlərinin davam edir. Proqrama müvafiq olaraq, gələn il yaya qədər binanın inşasının başa çatması gözlənilir. 255 jurnalist binada yeni mənzillərlə təmin olunacaq".
Mətbuat işçilərinin maddi vəziyyətinin yaxşılaşdırılması istiqamətində də tədbirlərin davam etdiriləcəyini qeyd edən Əli Həsənov bildirib: "Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu vasitəsilə hər il redaksiyalara mütəmadi yardımlar göstərilir, o cümlədən, jurnalistlər arasında keçirilən müsabiqələrdə onlara pul və digər mükafatlar verilir. Bu il də azərbaycan jurnalistləri bu tədbirlərdən bəhrələnəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB