Gənclər üçün Təhsil Mərkəzi "Karyera Planlama Xidməti" layihəsi çərçivəsində Ağcabədi rayonunda yerləşən iri fermer təsərrüfatı olan "BMS AQRO" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb. GTM-dan SİA-ya verilən xəbərə görə, belə ki, Mərkəz bu ildən etibarən sözügedən fermer təsərrüfatının kadr potensialı ilə təmin edilməsini və onların hazırlanmasını öz üzərinə götürüb.
Görüşdə iştirak edən Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə 2015-ci ilin Azərbaycanda Respublikasında "Kənd təssərüfatı ili" elan olunduğunu, Mərkəzin bu işdə öz töhfəsini əsirgəmədiyini və görülə biləcəki işlərin əhəmiyyətini vurğulamışdır. Bildirmişdir ki, Mərkəz bu sahədə bütün fəaliyyətini məhz dövlət başçısı cənab İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" haqqında Fərmanını rəhbər tutaraq həyata keçirir.
"BMS AQRO" MMC-nin icraçı direktoru Svetlana Məmmədova öz növbəsində bu əməkdaşlığın Ağcabədi gəncləri üçün faydalı olacağını, həmçinin gənclərin təhsil aldıqları müddətdə istehsalat təcrübəsi əldə edəcəyini, onlar üçün yeni iş imkanlarının açılacağını vurğulaylıb.
Qeyd edək ki, Gənclər üçün Təhsil Mərkəzinin həyata keçirdiyi bu əməkdaşlıq heç bir kommersiya fəaliyyəti daşımayaraq, regionların sosial-iqtisadi inkişaf strategiyasına əsaslanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB