Sakinlərin müraciətləri dinlənilib

Sakinlərin müraciətləri dinlənilib

Göygölün Aşıqlı kəndində rayon rəhbərliyi ilə kənd sakinlərinin görüşü keçirilib. SİA-nın bölgə müxbirinin məlumatına görə, əvvəlcə kəndin potensial imkanları, yerli özünüidarəetmə orqanlarının fəaliyyəti barədə məlumat verilib.

Qeyd edək ki, 1524 nəfər əhalisi olan Aşıqlı kəndində 1 məktəb, 1 həkim məntəqəsi, klub, kitabxana, poçt və ATS fəaliyyət göstərir. Ötən illər ərzində kəndi rayon mərkəzi ilə birləşdirən yol əsaslı təmir edilib. Müxtəlif ərazilərdə bulaq kompleksləri yaradılıb. Əsas məşğuliyyətin heyvandarlıq olduğu kənddə mal-qaranın baş sayı artmaqdadır. İndi Aşıqlı kəndində 500 baş iri, 2000 baş xırda davar bəslənilir. Görüşdə sakinlərin təklif və müraciətləri də dinlənilib. Sakinlər yeni salınan yaşayış massivlərinə içməli su xəttinin çəkilməsini, elektrik təsərrüfatının yenidən qurulmasını və mədəniyyət ocaqlarının təmirini gündəmə gətiriblər. Səsləndirilən müraciətlərin bir çoxu yerindəcə həll edilib. Bəzi məsələlər isə həll edilməsi üçün nəzarətə götürülüb.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə