Azercell-dən Whatsapp əlavəsi ilə bağlı açıqlama

Azercell-dən Whatsapp əlavəsi ilə bağlı açıqlama

Azercell şirkəti mətbuatda yayılanlara münasibət bildirib. Son günlər mətbuatda gedən yazılara cavab olaraq şirkətdən SİA-ya bildirilib ki, Azercell şirkəti tərəfindən Whatsapp əlavəsinin istifadəsinə heç bir məhdudiyyət qoyulmayib və bununla bağlı şəbəkəmizdə heç bir problem qeydə alınmayıb.

Məlumat üçün bildirək ki, Azercell şirkəti bu proqramdan istifadə üçün yalnız mobil internet şəbəkəsini təmin edir və bu əlavədən istifadə zamanı baş verən nasazlıqlar üçün heç bir məsuliyyət daşımır.

Bütün xəbərlər Facebook səhifəmizdə