Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Litva və Latviyaya rəsmi səfərə gedib. SİA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Z. Həsənov iyulun 1-dən 2-dək Litvada və iyulun 2-dən 4-dək Latviyada səfərdə olacaq. Hər iki ölkənin rəhbərliyi ilə bir sıra görüşlərin keçirilməsi, ikitərəfli hərbi əməkdaşlığın perspektiv istiqamətlərinin müzakirə edilməsi, təhlükəsizlik və digər məsələlərə dair fikir mübadiləsinin aparılması planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB