"Azərbaycanda ailə hüququnun qorunması, ailənin fərdlərinin hər birinin bərabər hüquqlardan istifadə etməsi üçün kifayət qədər mükəmməl qanunvericilik mövcuddur". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib. O qeyd edib ki, ölkəmizdə məhkəmələr ailələrin hüquqlarını qoruyur və dövlətimiz hər bir ailənin müdafiəçisidir. Lazım gələrsə, ölkəmizdə də boşanma proseduru sərtləşdirilə bilər: "Məhkəmələrimiz də ailələrin hər birinin hüquqlarını müstəsna şəkildə qoruyur. Əgər nəzərə alsaq ki, hər bir ailə özlüyündə bir dövlətdir və hər bir ailənin bir üzvü də bu dövlətin vətəndaşıdır. Onda geniş mənada deyə bilərik ki, Azərbaycan dövləti hər bir ailənin və bu ailənin hər bir vətəndaşının himayəçisidir, dəstəkçisidir, onun qayğısına qalan böyük bir qurumdur. Bəzi ölkələrdə boşanmaların qarşısını almaq üçün qanunvericilik sərtləşdirilir. Buna müxtəlif aspektlərdən yanaşmaq olar. Ailədə təkcə qadına zorakılıq tətbiq edilmir. Uşağa da çox təəssüflər olsun ki, bəzən öz valideynləri tərəfindən zorakılıq əməlləri edilir. Kişinin hüquqları da pozulur, yəni belə hallar da olur, kişiyə qarşı da zorakılıq halları baş verir. Ümumilikdə bir ailədə artıq zorakılığa gətirib çıxardan bir problem varsa, bu problemi süni şəkildə ört-basdır edib, artıq məsələ boşanmaya gəlib dayanıbsa, bunun əsasında əhəmiyyətli faktorlar yoxdursa, sadəcə bir kapriz varsa, hansısa bir anlaşmazlıqdan doğan məsələ ilə ailələr boşanmaya müracitə edirlərsə, bu boşanmanın qarşısını almaq üçün istər məhkəmə orqanı, istərsə də əlaqədar təşkilatlar əllərindən gələni edirlər ki, bu ailələr qorunsun. Bu yerdə bəlkə də qanunun sərtləşdirilməsinə ehtiyac var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB