Sarı zolaqla bağlı QƏRAR DƏYİŞDİ

Sarı zolaqla bağlı QƏRAR DƏYİŞDİ

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib. BDYPİ-dən SİA-ya verilən məlumata görə, Azərbaycan paytaxtında Avropa Oyunlarına təhkim edilən avtomobillərin hərəkəti üçün ayrılan sarı zolaqda bu gündən minik avtomobillərinin hərəkətinə icazə verilir.

Məlumatda bildirilir ki, Bakıda Avropa Oyunlarına təhkim edilən avtomobillərin hərəkəti üçün ayrılan sarı zolaqda yük avtomobillərinin hərəkəti qadağandır və həmin zolaqda hərəkət edən avtomobillər 40 manat cərimə olunacaq.

Yük avtomobillərinə Avropa Oyunlarına təhkim edilən avtomobillərin hərəkəti üçün ayrılan sarı zolaqda hərəkət etməmək tövsiyə olunur

Bütün xəbərlər Facebook səhifəmizdə