"Azərbaycan Hava Yolları" Bakı-İstanbul İstanbul-Bakı istiqamətində uçuşlarında xüsusi aksiya keçirir. SİA-nın xəbərinə görə, bu barədə AZAL-ın bu gün yaydığı məlumatda deyilir.
Aviaşirkət Bakı-İstanbul-Bakı (İstanbul-Bakı-İstanbul) (Sabiha Gökcen) – uçuşları cəmi 239 Avro/279 ABŞ dollara təklif edir. Biletlərin uçuş və satış tarixləri 01.10.2015-сi il tarixinə kimi davam edəcək.
Bununla yanaşı, aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir. Göstərilən tarif üzrə mile-ballar hesaba əlavə olunmur və maksimal qalma müddəti bir ay təşkil edir.
Daha ətraflı məlumat almaq və aviabiletlərin bronlaşdırıması üçün Çağırış Mərkəzinə müraciət edə bilərsiniz: +(99412) 598-88-80 *8880 e-mail: [email protected] və ya "Azərbaycan Hava Yolları" QSC satış ofislərinə müraciət edə bilərsiz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB