Goranboy rayonu Yolqulular kənd sakinləri isti yay günlərində içməli su sarıdan, eləcə də təsərrüfatlarını suvara bimədikləri üçün şikayətçidirlər. Kəndin yaxınlığından mövsümi xarakter daşıyan Kürəkçay keçsə də, bu, sakinlərin suya olan tələbatını ödəmir. SİA-nın xəbərinə görə, 1000-ə yaxın insanın yaşadığı Yolqulular kəndində 200-ə yaxın təsərrüfat su sarıdan əziyyət çəkir. Kəndə sovetlər vaxtı Kürəkçayın Göygöl rayonundan keçən hissəsindən 17 kilometrlik arx çəkilsə də, təmizlik işləri aparılmadığından sudan istifadə etmək təhlükəlidir. Sakinlər bildirirlər ki, kənddə artezian quyusu da yoxdur. Goranboy rayon İcra Hakimiyyətindən bu il rayon ərazisində içməli və suvarma suyuna olan tələbat nəzərə alınaraq kəndlərdə 15 subartezian quyusunun qazılacağı bildirilir. Bu isə o deməkdir ki, Yolqulular kənd sakinləri hələ bu yayı da Kürəkçayın suyundan istifadə etməli olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB