Qətli törətdi və qaçdı

Qusar rayonunun Çiləgir kəndində qətl hadisəsi baş verib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə gecə saatlarında qeydə alınıb.

Belə ki, Bakı sakini, 1945-ci il təvəllüdlü Ramiz Gülməmməd oğlu Vəliyev ov silahından atılan güllə yarasından vəfat edib. Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktın araşdırılması zamanı məlum olub ki, qətl hadisəsini 1967-ci il təvəllüdü Eynulla Cahangir oğlu Hacıyev törədib. Eynulla Hacıyev hadisəni törədəndən sonra hadisə yerindən qaçıb. Hazırda polis qətli törətməkdə şübhəli bilinən Eynulla Hacıyevin axtarışlarına başlayıb.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Məlumatda o da bildirilir ki, qətl hadisəsi baş verən ev tanınmış iş adamlarından birinə məxsusdur.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə