“Gənclər tarixlə görüşür” layihəsinə yekun vurulub

“Gənclər tarixlə görüşür” layihəsinə yekun vurulub

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşan "Gənclər tarixlə görüşür" layihəsinə yekun vurulub.

SİA-nın xəbərinə görə, bununla bağlı təşkil edilən tədbirdə layihənin əsas məqsədinin gənclərimizə Azərbaycan tarixini, onun təbliğini geniş şəkildə öyrətmək, həmçinin Azərbaycan tarixində xüsusi xidmətləri olmuş şəxsiyyətlər haqqında gəncləri ətraflı məlumatlandırmaq olub.

Tədbirdə layihə çərçivəsində görülən işlər haqqında məlumat verilib. Diqqətə çatdırılıb ki, layihənin icra edildiyi müddət ərzində gənclərlə tarixçi alimlərin görüşləri təşkil olunub. Eyni zamanda Azərbaycan tarixində özünə məxsus yer tutan tarixi şəxsiyyətlər, I Şah Abbas Səfəvi, Nadir şah Əfşar haqqında verilişlər hazırlanıb. Bundan başqa Azərbaycanın tarixi şəxsiyyətlərinin həyatından bəhs edən bukletlər çap olunub.

Tədbirdə digər çıxış edənlər bu cür tədbirlərin gənclər arasında Azərbaycan tarixinin daha geniş təbliğ edilməsi baxımından önəm kəsb etdiyini vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə