“Gənclərin Güc Strukturları” layihəsinin icrasına başlanıldı FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti yaninda Gənclər Fondunun maliyyə dəstəyi ilə Bakı şəhərində "Gənclərin Güc Strukturları" adlı layihənin icrasına başlanıb. SİA-nın xəbərinə görə, layihə Gənclər Fondunun elan etdiyi VI qrant müsabiqəsinin fərdi şəxslər üçün olan kateqoriya üzrə qalib olub ,YAP Gənclər Birliyinin fəal üzvü Məmmədova Aytən tərəfindən icra olunur.
Layihənin əsas məqsədi dövlət dəstəyi ilə əhatə olunan gənclərə bu imkanlardan istifadənin aşılanması, gənclərə dövlət qayğısının nəzərə çatdırılması və gənclərin bu istiqamətdə hərtərəfli maarifləndirilməsindən ibarətdir. Ölkə gəncliyinin inkişafı üçün münbit şərait yaradılmışdır. Gənclərə dövlət dəstəyinin olması gəncliyimizin müxtəlif sahələrdə sürətli inkişafına səbəb olub.
Layihənin açılış tədbirində Yeni Azərbaycan Partiyasının sədri, Partiyanın siyasi şurasının üzvü Seymur Orucov, Gənclər Fondunun baş məsləhətçisi Babək Məmmədzadə çıxış ediblər.
Açılış tədbirində iştirak edən gənclərlə fikir mübadiləsi aparılıb.
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB