“İmtiyazlı məhbuslar üçün qanunlar toplusu”

“İmtiyazlı məhbuslar üçün qanunlar toplusu”

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirdiyi "Məhkumluqdan azad olunanların həyata adaptasiyası və reabilitasiyasına ictimai dəstək" layihəsi çərçivəsində "İmtiyazlı məhbuslar üçün qanunlar toplusu" adlı kitab nəşr etdirib. SİA-nın məlumatına görə, kitab təqdimatı AMEA-nın İnsan Hüquqları İnstitutu ilə birgə keçirilib. Millət vəkili Hadı Rəcəbli, professor Habil Qurbanov və respublikamızın digər görkəmli şəxsiyyətlərinin ön söz yazdığı kitab dövlət və qeyri- hökumət təşkilatları tərəfindən böyük maraqla qarşılanıb. Kitabda Azərbaycan Respublikası ilə yanaşı, Avropa və Amerika Penitensiar qaydaları da dərc edilib.

İctimai Birliyin sədri Tahir Xudiyev öncə Azərbaycanda "Bakı – 2015" I Avropa Oyunlarının müvəffəqiyyətlə keçirilməsi münasibətilə hamını təbrik edib. Tahir Xudiyev bu oyunları tarixi hadisə, Azərbaycan xalqının və dövlətinin böyük uğuru, eyni zamanda Qarabağın açarı hesab etdiyini bildirib. O, 30 iyunun İctimai Birlik üçün əlammətdar gün olduğunu da bildirib. Belə ki, 2008-ci ildə təsis olunan "Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyi 2010-cu il iyunun 30-da rəsmi dövlət qeydiyyatına alınıb.

Daha sonra İB-in sədri maarifləndirmə məqsədilə nəşr edilən kitabın hamı tərəfindən böyük həvəslə oxunduğunu və kitaba olan tələbatı nəzərə alaraq onun yenidən nəşrinin məqsədəuyğun sayıldığını bildirib.

Qeyd edək ki, mətbuat konfransında müxtəlif dövlət və qeyri- hökumət, həmçinin beynəlxalq təşkilatların, kütləvi informasiya vasitələrinin nümayəndələri, elm və ictimaiyyət xadimləri də iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə