“QHT-Bələdiyyə münasibətlərinin inkişafına dəstək” layihəsinin təqdimatı olub
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Qloballaşma və Milli Həmrəylik" İctimai Birliyinin həyata keçirdiyi "QHT-Bələdiyyə münasibətlərinin inkişafına dəstək" layihəsinin təqdimatı olub. Bu münasibətlə keçirilən tədbirdə "Qloballaşma və Milli Həmrəylik" İctimai Birliyinin sədri Həsən Qarayev çıxış edərək layihənin məqsəd və məramından söhbət açıb. Layihənin bələdiyyələr, onların icmalardakı fəaliyyəti və QHT-lərin bu işdə aktivliyinin artırılmasından bəhs etdiyini deyən qurum rəhbəri bildirib ki, bələdiyyələrin icma ilə işinin səmərəli təşkil olunmamasında başlıca problem əməkdaşlığın düzgün qurulmamasıdır.
Layihənin məqsədinin bələdiyyələrlə QHT-lər arasında əməkdaşlıq münasibətlərinin artırılması olduğuna diqqət çəkən Həsən Qarayev deyib ki, bu məqsədlə yerli icma arasında rəy sorğuları keçiriləcək. Eyni zamanda Vətəndaşların bələdiyyənin işində aktivliyi artırılacaq, bələdiyyə rəsmiləri, QHT nümayəndələri və icma sakinlərinin iştirakı ilə konfranslar təşkil ediləcək. O da vurğulanıb ki, konfranslar zamanı və rəy sorğusunun nəticələrinə görə qaldırılmış problemlərin həlli üçün 3 tərəfin iştirakı ilə problemin həllinə nəzarət komissiyaları yaradılacaq.
Tədbirdə digər çıxış edənlər layihənin əhəmiyyətindən danışıblar. Vurğulanıb ki, bələdiyyə strukturları, QHT-lər və bələdiyyə icmasının əhalisi bu layihədən yararlana, başlıca nəticə kimi QHT-lərlə bələdiyyələrin əməkdaşlığının artırılmasına nail ola biləcəklər.
Tədbirdə iştirakçıları maraqlandıran suallara da aydınlıq gətirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB