Bağlanış mərasimi xarici mediada

Dünyanın tanınmış KİV-ləri Bakı-2015-dən yazdı
Bağlanış mərasimi xarici mediada

Birinci Avropa Oyunlarının bağlanış mərasimi də xarici media orqanlarının diqqətini çəkib. Xarici KİV-lər bağlanış mərasiminin möhtəşəm olduğunu və Bakının gələcəkdə də mötəbər idman yarışlarının keçirilməsinə hazır olduğunu vurğulayıblar.

Birinci Avropa Oyunlarının bağlanış mərasimi də açılış mərasimi kimi dünyanın tanınmış media orqanlarında müxtəlif başlıqlarla yer alıb. Rusiyanın "Rossiya 24" televiziyası ilk Avropa Oyunları ilə bağlı sujet hazırlayıb.

Mərasimin dostluq və bayram əhval-ruhiyyəsində keçdiyi qeyd olunub. Milli elementlərin nümayişi rusiya mediasının da diqqətini çəkib. Azərbaycanın Birinci Avropa Oyunları ilə vidalaşdığı qeyd olunan video-materialda Bakının qısa müddət sonra Formula 1 və Futbol yarışlarına ev sahibliyi edəcəyi vurğulanıb...

Fransanın France presse agentliyi isə "Azərbaycanda keçirilən Birinci Avropa Oyunları möhtəşəm bağlanış mərasimi ilə başa çatıb" başlıqlı məqalə ilə çatdırıb oxucularına. Məqalədə oyunların mükəmməl və yüksək standartlar səviyyəsində keçirildiyi əks olunub. Dünyanın tanınmış Sportmax.tv saytı isə Azərbaycanda keçirilən Birinci Avropa Oyunlarının bağlanış mərasimində dünya şöhrətli ulduzların iştirak etdiyi qeyd olunub. Qətərin tanınmış "Əl-Cəzirə" telekanalı isə bağlanış mərasimini "Bakıda təmtəraqlı bağlanış" adı ilə yayımlayıb. Reportajda Avropa Olimpiya Komitəsinin prezidentinin "Azərbaycanın və Avropanın gələcəyi parlaqdır. Bu cür mükəmməl təşkil edilən yarışlardan sonra Avropa Oyunlarının çox uzun bir tarixə malik olacağı qətidir" fikirlərinə yer ayrılıb.

Bağlanış mərasiminə Türkiyə mediasında da geniş yer ayrılıb. Hürriyət qəzeti "Bakıda baxımılı bağlanış", sözcü "Bakıda möhtəşəm bağlanış" mərasimi, Sabah qəzeti "Bakıda təntənəli bağlanış" başlığı ilə mərasimi işıqlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə