Həsən Qarayev: “Papanın mövqeyi katolik dünyasına ünvanlanan bəyanatdır”
"Bir qədər əvvəl Roma Papası qondarma "erməni soyqırımı"nı XX əsrin ilk soyqırımı kimi qiymət vermiş Ruandada, Bosniyada baş vermiş soyqırımları isə kütləvi ölümlər kimi dəyərləndirmişdir. Bu yaxınlarda isə Roma Papası İtaliyada olduğu zaman erməni "soyqırımı"nı faciə kimi qiymətləndirmişdir. Fərqli fikirlər Vatikan rəhbərinin normal düşüncədə olmadığından xəbər verir". Bunu SİA-ya açıqlamasında "Qloballaşma və Milli Həmrəylik" İçtimai Birliyinin sədri Həsən Qarayev deyib.
Onun sözlərinə görə, Roma Papasının erməniləri üzəcək fikir söyləməsi bütün katolik dünyasına ünvanlanan bəyanat sayıla bilər: "Hazırki, məqamda Vatikan rəhbərinin psixoloji problemlər yaşaması ona fikirlərini ifadə etməyə imkan vermir desək səhv etmərik. Bu baxımdan sabah "erməni soyqırımı" ifadəsini işlətsə təəccüblənməyə dəyməz. Hələ bir qədər əvvəl o etiraf etmişdi ki, yorulub və vəzifəsindən getmək istəyir və sərbəst həyat yaşamaq niyyətindədir. Yəni, bu vəzifədə qalmaq onun üçün ağır, yorucu bir məsələyə çevrilib".
Təşkilat sədri hesab edir ki, "əgər Roma Papası yenidən erməni faciəsi ifadəsini "erməni soyqırımı" kimi tələffüz etsə, bu halda təkcə Türkiyə-Vatikan münasibətləri deyil, eyni zamanda katolik dünyası ilə müsəlman dünyası arasında çox ciddi problemlər yarana bilər. Yəqin ki, Vatikan bunun fərqində olduğundan bir daha səhvə yol verməz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB