"Tariximizə Muzeylərin Gözü ilə Baxış" FOTOLAR

"Tariximizə Muzeylərin Gözü ilə Baxış" FOTOLAR

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı və Prezident yanında Gənclər Fondunun dəstəyi ilə "Tariximizə Muzeylərin Gözü ilə Baxış" adlı layihənin açılış mərasimi keçirilib. SİA-nın xəbərinə görə, ilk çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov layihə iştirakçılarını salamlayaraq layihənin uğurlu olacağını gənclərin diqqətinə çatdırıb: "YAP GB-nin ofisində hər dəfə məhz gənclərimiz üçün maraqlı layihələr təşkil edirik və bu da gənclərimizin maarifləndirilməsinə müsbət töhvə verir".

Layihəyə qonaq qismində dəvət olunmuş Milli İncəsənət Muzeyinin Sərgi və Tərtibat şöbəsinin müdiri, Azərbaycan Turizm İnsitutunun müəllimi Araz Osmanov iştirak edib. O bildirib ki, "Tariximizə Muzeylərin Gözü ilə Baxış" layihəsinin əsas məqsədi muzeylərin mədəniyyətimizin əhəmiyyətli parçası olduğu fikrinə əsaslanaraq, gənclərimizdə muzeylərə olan marağın artırılmasına dəstək olmaqdır: "Bu məqsədlə layihə çərçivəsində muzeylərə ekskursiyaların təşkil edilməsi, muzeylərlə əyani tanışlığın təmin olunması nəzərdə tutulub".

Layihə rəhbəri Aytən Hüseynova qeyd edib ki, layihənin fəaliyyət planı hazırlanarkən gənclərimizin milli-mənəvi dəyərlərimizlə, muzeylərimizin timsalında xalqımızın ən qədim zamandan müasir dövrə qədərki tarixi və mədəniyyəti ilə daha yaxından tanış olması ideyasına xüsusi diqqət ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə