Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) nəzdində fəaliyyət göstərən Etika Akademiyası fərdi inkişaf mərkəzi 1 iyul 2015-ci il tarixində AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Etika Forumu-Bakı 2015" Forumunu keçirəcək. SİA-nın məlumatına görə, forumun əsas məqsədi vətəndaş cəmiyyətinin inkişafı, etik prinsiplərin hər sahədə yüksək səviyyədə təbliğatına diqqət yönəltmək və Milli Etiket Ensiklopediyası kitabının ərsəyə gəlməsi üçün dövlət qurumları, kommersiya və ictimai qurumların öz dəstəyini verməsi olacaq.
Forumda Prezident Administrasiyası, millət vəkilləri, dövlət qurumlarının nümayəndələri, QHT nümayəndələri, beynəlxalq və kommersiya təşkilatları, universitet rəhbərlikləri və.s qonaqların iştirakı nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB