Rusiya səfirliyində başsağlığı kitabı açılıb

Rusiya səfirliyində başsağlığı kitabı açılıb

Rusiyanın Azərbaycandakı səfirliyində tanınmış dövlət xadimi, Rusiyanın keçmiş baş naziri Yevgeni Primakovun vəfatı ilə əlaqədar başsağlığı kitabı açılacaq. Rusiyanın Azərbaycandakı səfirliyindən SİA-ya verilən məlumata görə, başsağlığı kitabına iyunun 29-da saat 15.00-dan 17:00-dək, iyunun 30-da isə saat 11:00-dan 13.00-dək mərhum haqqında ürək sözlərini qeyd etmək olar.

Xatırladaq ki, Yevgeni Primakov iyunun 26-da 86 yaşında Moskvada vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə