Nabranda mövsüm açıq elan edilib

FOTOLAR
Nabranda mövsüm açıq elan edilib

Kiçik Qafqazın ətəklərində, Xəzərin sahilində, Samur-Abşeron ovalığında yerləşən Xaçmaz rayonu ecazkar təbiəti ilə şöhrət qazanıb. Rayonun füsunkar gözəlliyi, mülayim iqlimi, bərəkətli torpağı, yaşıl, sıx meşələri, çınqıllı-daşlı çayları, şəfalı bulaqları, qədim abidələri, təkrarsız mənzərələri bu diyara yolu düşən səyyahları, turistləri və digər qonaqları hər zaman heyran edib. Qədim tarixə malik Xaçmazın müasir görkəmi də buraya turist axınının güclənməsinə əlavə stimul verir. Rayon ərazisindəki meşələr, parklar, xiyabanlar, muzeylər, nadir memarlıq üslubunda inşa edilmiş binalar və tarixi abidələr göz oxşayır. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, Xaçmaz Regional Turizm İnformasiya Mərkəzinin direktoru Vasif Əhmədov bildirib ki, rayonda turizm obyektləri rəsmən açıq elan olunub. Yerli turistlərlə yanaşı, əcnəbi turistlərin də artıq buraya gəlməsi müşahidə olunur. Bu il həmçinin turizm obyektlərinin sayı da çoxaldılıb. Artıq 60-a yaxın turizm obyektləri fəaliyyət göstərir. Turistlər də günü-gündən inkişaf edən Nabran çimərliklərindən razıdır. Balacadan tutmuş böyüyə kimi hamı buraya gəlir və istədiyi kimi istirahət edir. Bu da həmçinin turizmin inkişafı üçün ən əsas meyar olmaqla yanaşı, dünyanın müxtəlif ölkələrindən buraya gələn turistlərə Azərbaycanımızı, o cümlədən Xaçmazı daha yaxından tanıtmaq missiyasını həyata keçirir.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə