Xəzərin suyu ildən-ilə azalır, alimlər həyəcan təbili çalır. Bu hal Nabran çimərliklərində hiss olunmaqdadır. SİA-nın bölgə müxbirinin xəbərinə görə, son dörd il ərzində Xəzər dənizinin səviyyəsi 28 metr aşağı düşüb. Bu hal 1970-ci illə müqayisədə eynilik təşkil edir. Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun alimlərinin apardıqları araşdırmalar bunu deməyə əsas verir. Alimlərin hesablamalarına görə, sonuncu dəfə suyun bu qədər azalması ötən əsrin 70-ci illərində müşahidə edilib. Yerli sakinlər də dəniz suyunun azalmasını müşahidə ediblər. Onlar deyir ki, əvvəlki illərə nisbətdə su indi azalmağa doğru gedir. Sakinlər həmçinin vaxtı ilə burada Xəzərin səviyyəsinin 28 m olduğunu, 1978-ci ildə isə 1 metrə kimi də düşərək, 29 metr olduğunu bildirirlər.
Xatırladaq ki, son 4 ildə bu bölgədə Xəzərin suyunun səviyyəsinin yenidən azalması müşahidə edilir.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB