105 yaşlı nənə FOTOLAR

Şimal bölgəsində yaşayan uzunömürlü nənəni siz də tanıyın. 105 yaşlı Ayət Qədirova Qubanın mərkəzindən 62 km aralıda yerləşən Ördüc kəndində yaşayır. Bu barədə SİA-nın bölgə müxbiri xəbər verir.

Onun sözlərinə görə, əsasən tat dilli olan Ayət nənə indiyə qədər həm çətin, həm də xoş günlər gördüyünü deyib. Ayət Qədirovanın həyat yoldaşı Balamirzə Əliyev Böyük Vətən müharibəsində həlak olub. Ayət nənənin uzunömürlü olmasının əsas səbəbi işdən-gücdən yorulmaması olub. Belə ki, o gecələr corab toxuyub, gündüzlər işə gedərək kolxozda çalışıb. 4 övladı, 10 nəvəsi, 8 nəticəsi olan Ayət nənə bu gün öz övladlarının ətrafında xoşbəxtdir. Ömrün daha da üzün olsun, Ayət Nənə!

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə