26 İyun-Silahlı Qüvvələr Günü münasibəti ilə hərbi hospitalda keçirilən görüş əsgərlərin böyük sevincinə səbəb olub. SİA-nın xəbərinə görə, tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Kənan Tahirov və YAP Gəncə şəhər Təşkilatının ideoloji şöbəsinin müdiri Hüseyn Budaqov iştirak ediblər.
Bayram tədbirini hərbi hospitalın rəisi Bəhman Əmirov açaraq,Azərbaycan Ordusunun yaranması tarixindən, keçdiyi şanlı mübarizə yolundan geniş söhbət açıb.
YAP Gəncə şəhər Təşkilatının ideoloji şöbə müdiri Hüseyn Budaqov Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin təbrikini əsgərlərə çatdıraraq, qeyd edib ki, qüdrətli ordu dövlət müstəqilliyimizin təminatçısıdır. Ulu öndər Heydər Əliyevin siyasi kursunu ləyaqətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin yorulmaz fəaliyyəti sayəsində ölkəmiz bütün sahələrdə olduğu kimi , ordu quruculuğunun inkişaf etdirilməsi və təkmilləşdirilməsi istiqamətində də böyük uğurlara imza atıb. Ən müasir hərbi texnika ilə silahlanmış Milli Ordumuz mübariz döyüş əzminə malikdir.İnanırıq ki, yaxın zamanlarda igid və mübariz Azərbaycan əsgəri Dövlət bayrağımızı Xankəndində, Şuşada və digər düşmən işğalı altında olan ərazilərimizdə dalğalandıracaq.
Tədbirin sonunda Cəfər Cabbarlı adına Dövlət Dram Teatrı aktyorlarının iştirakı ilə ədəbi-bədii kompozisiya göstərilib.Əsgərlərin şən musiqi sədaları altında oxuduqları mahnılar və onların şux rəqsləri tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB