Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilati dəstəyi ilə "TGT-da Sağlamlıq Klublarının Yaradılması" layihəsinə start verilib. "TGT-da Sağlamlıq Klublarının Yaradılması" layihəsinin məqsədi tələbələrə ilkin sğlamlıq vərdişlərinin öyrədilməsi, ümumən tələbələrin tibbi biliklərinin yüksəldilməsidir. Bu barədə SİA-ya ATGTİ-nin mətbuat xidmətinin rəhbəri Hüseyn İsmayılov məlumat verib.
Qeyd edək ki, ilkin olaraq layihə çərçivəsində 10 ali təhsil müəssisəsində sağlamlıq klubları yaradılacaq və həmin təhsil müəssisələrinin tələbələrinə sağlamlıq haqqında təlimlər keçiriləcək. Artıq bu məqsədlə tələbələrə sağlamlıq haqqında informasiyanın interaktiv çatdırılması üçün məlumatlar disklər və kitabçalar şəklində toplanıb.
Layihə çərçivəsində ilk olaraq Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AESMA) tələbələri üçün sağlamlıq haqqında təlimlərin keçirilməsinə başlanılıb.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB