"I Avropa Oyunları haqqında ən xoş təəssüratlarım var"

"I Avropa Oyunları haqqında ən xoş təəssüratlarım var"

"Bakı-2015" birinci Avropa Oyunları haqqında ən xoş təəssüratlarım var. İdmançılara öz bacarıqlarını göstərmək və medallar qazanmaq imkanı verdiklərinə görə bu möhtəşəm tədbirin təşkilatçılarına ürəkdən təşəkkür edirəm. Çox sevinirəm ki, Danimarkanı layiqincə təmsil edərək qələbə qazandım.

Bu sözləri 50 metr məsafəyə kəpənək üsulu ilə üzmə yarışında üçüncü yeri tutmuş Danimarka idmançısı Jüli Yansen AZƏRTAC-a verdiyi müsahibədə deyib.

İdmançı, həmçinin qeyd edib ki, Bakı gündən-günə sürətlə dəyişən, çox inkişaf etmiş qonaqpərvər şəhərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə