Dörd deputat spiker olmaq istəyir

Dörd deputat spiker olmaq istəyir

Ədalət və İnkişaf Partiyası (AKP) Türkiyə Böyük Millət Məclisinə (TBMM) sədrliyə ölkənin Sivas bölgəsindən deputat seçilmiş İsmət Yılmazın namizədliyini irəli sürüb. Cümhuriyyət Xalq Partiyasının (CHP) bu vəzifəyə namizədi isə Dəniz Baykaldır. Xatırladaq ki, yeni formalaşan parlamentin ilk iclası CHP-ni təmsil edən ən yaşlı deputat Dəniz Baykalın sədrliyi ilə iyunun 23-də keçirilib. Sədrliyə namizəd D.Baykal parlament rəhbəri səlahiyyətlərini davam etdirir.

Millətçi Hərəkat Partiyasının (MHP) parlament sədrliyinə namizədi Ekmələddin İhsanoğlu, Xalqların Demokratik Partiyasından (HDP) namizəd isə Dengir Mir Mehmet Fıratdır.

Türkiyə Böyük Millət Məclisinin iclasında parlament sədrini müəyyən edəcək ilk səsvermə iyunun 30-da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə