Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən iyunun 30-da Göyçay şəhərində, Heydər Əliyev Mərkəzində saat 11:00-da vətəndaşların qəbulu keçiriləcək. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, qəbulda yalnız Göyçay, Ucar, Zərdab, Kürdəmir rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətləri dinləniləcək.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşların qeydiyyatı Heydər Əliyev Mərkəzində (ünvan: Göyçay şəhəri, Heydər Əliyev prospekti, 81) iyunun 29-da saat 09:00-da başlayacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər. Əlaqə telefonu: +994 (12) 512-01-14, e-mail: [email protected]
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB