Azərbaycan Respublikasının Türkiyədəki səfiliyində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranmasının 97-ci ildönümü münasibətilə geniştərkibli rəsmi qəbul həyata keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Türkiyə Respublikasının müdafiə naziri İsmət Yılmaz, Baş Qərargahının rəisinin müavini Yaşar Gülər və Hava Qüvvələri Komandanı Ordu Generalı Akın Öztürk başda olmaqla Türkiyə Respublikası silahlı Qüvvələrinin 41 generalı, çox sayda millət vəkili, tanınmış ictimai-siyasi xadimlər, elm və incəsənət xadimləri, diaspor nümayəndələrimiz, TR Xarici İşlər Nazirliyi başda olmaqla ölkənin çox sayda rəsmi qurumlarının nümayəndələri, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, Türkiyənin bir neçə sabiq Səfirləri və çox sayda KİV nümayəndələri iştirak ediblər.
Tədbir iki qardaş ölkənin himnlərinin səsləndirilməsinin ardından açıq elan edilib.
Ardından Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyinin hərbi attaşesi polkovnik İlyas İbrahimov çıxış edərək qonaqları salamlamış, ölkəmizdə ordu quruculuğunun tarixindən söz açıb, Ümummilli Liderimiz Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıtması ilə ölkəmizin ordu quruculuğu prosesində yeni bir mərhələyə qədəm qoyduğunu, bu siyasətin Azərbaycan Respublikası Prezidenti Ali Baş komandan möhtərəm İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan ordusu regionun ən qüdrətli ordularından birinə çevrildiyini diqqətə çatdıraraq, Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizin geri qaytarılması ilə bağlı birmənalı və qətiyyətli mövqeyimiz haqqında qonaqları ətraflı şəkildə məlumatlandırıb.
Daha sonra söz Türkiyə Respublikasının müdafiə naziri İsmət Yılmaza verilin. Türk rəsmisi öz çıxışında Azərbaycanın Türkiyənin Qafqazdakı strateji müttəfiqi olduğunu qeyd edərək, hərbi sahədəki mövcud əməkdaşlığın iki ölkə arasındakı əlaqələrdə xüsusi yer tutmaqla yanaşı, regionda sülh və sabitlik üçün mühüm amilə çevrildiyini vurğulayın.
Ardından Azərbaycan musiqiləri sədası altında qonaqlara ziyafət verilin.
Qeyd etmək istərdik ki, Türkiyə Respublikası prezidentinin baş katibi Fahri Kasırga, inkişaf naziri Cəvdət Yılmaz və Ədalət və İnkişaf Partiyasının millət vəkili Nəcdət Ünüvarın tədbirə ünvanladıqları mesajları oxunub.
.jpg)
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB