Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 30 iyun 2015-ci il tarixində Göyçay şəhərində, Heydər Əliyev Mərkəzində, saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək. Fövqəladə Hallar Nazirliyindın (FHN) SİA-ya verilən xəbərə görə, qəbulda yalnız Göyçay, Ucar, Zərdab, Kürdəmir rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşların qeydiyyatı Heydər Əliyev Mərkəzində (ünvan: Göyçay şəhəri, Heydər Əliyev prospekti 81) 29 iyun 2015-ci il tarixində saat 09.00-da başlayacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Əlaqə:
tel: +994 (12) 512-01-14
e-mail: [email protected]
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB