İKT üzrə forum keçirilib

Samux rayon Heydər Əliyev Mərkəzində İKT və İnformasiya Təhlükəsizliyi üzrə forum keçirilib. Bu barədə SİA-ya Samux Rayon Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə məlumat verib. Onun sözlərinə görə, rayonda ilk dəfə təşkil olunan forumda dövlət və özəl təşkilatların nümayədələri, eləcə də fəal gənclər iştirak ediblər. Onlara İKT və İnformasiya Texnologiyaları ilə bağlı geniş məlumat verilib. Təşkilatçılar forumun vətəndaşların gündəlik iş fəaliyyətində bəzi problemlərin həllinə yardımçı olacağını bildiriblər. Samuxda müasir texnologiyalardan istifadənin genişləndiyi, rayonda bütün dövlət müəssisələrinin, 20-ə yaxın məktəbin genişzolaqlı internet şəbəkəsinə qoşulduğu qeyd edilib. Aygün Həsənzadə bildirb ki: "Burada əsas məqsədimiz iştirakçıları maarifləndirməkdən ibarətdir. Güman edirəm ki, iki günlük forum zamanı biz buna nail ola bildik. Bundan sonra da bu mövzuda forum və treyninqləri davam etdirəcəyik".

İki gün davam edən forumun sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə