Bağlanış günü 36 dərəcə isti olacaq

Bağlanış günü 36 dərəcə isti olacaq

İyunun 28-də Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan SİA-ya verilən xəbərə görə, havanın temperaturu gecə 20-25, gündüz 31-36 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında iyunun 28-də hava əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə