YAP Suraxanı rayon təşkilatının kollektivi bayramı əsgərlərlə qeyd etdi FOTOLAR

YAP Suraxanı rayon təşkilatının kollektivi bayramı əsgərlərlə qeyd etdi FOTOLAR

25 iyun tarixində Yeni Azərbaycan Partiyasının (YAP) Suraxanı rayon təşkilatinin kollektivi Azərbaycan Respublikası Silahlı Qüvvələri gününu cəbhə xəttində "N" sayli hərbi hissədə əsgərlərlə birgə qeyd edib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən YAP Suraxanı rayon təşkilatının Aparat rəhbəri Fərman Rəhimov və YAP Suraxanı rayon qadınlar Şurasının sədri Zəkiyyə Musayeva əsgərləri rayon rəhbərliyi adından təbrik edib.

26 iyun tarixinin Azərbaycan xalqı üçün əhəmiyyətindən danışan Z. Musayeva ölkəmizdəki ordu quruculuğundan söz açıb. O bildirib ki, ölkəmiz müstəqilliyinin ilk illərində çox çətinliklərlə üzləşib və bu , ordu quruculuğu sahəsində də özünü biruzə verib.

Onun sözlərinə görə, məhz Ulu öndər Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra bu sahədə ardıcıl dövlət siyasətinin həyata keçirilməsinə başlanıb:"Hazırda bu siyasəti inamla davam etdirən ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev çox qısa vaxt ərzində Silahlı Qüvvələrin inkişafında həlledici uğurlara imza atıb. Dövlət rəhbərliyi səviyyəsində ordu quruculuğuna böyük diqqət yetirilməsi nəticə etibarilə güclü və döyüşkən bir ordunun yaranmasına səbəb olub. Artıq beynəlxalq hərbi qurumların rəsmiləri də Azərbaycan Ordusunun ən müasir tələblərə cavab verən etibarlı hərbi qurum olduğunu etiraf edirlər. Ölkəmizin son illərdəki dinamik iqtisadi inkişafı Silahlı Qüvvələrimiz üçün ayrılan büdcənin dəfələrlə artmasına zəmin yaradıb. Ali Baş Komandan İlham Əliyevin və ordu rəhbərliyinin həyata keçirdiyi məqsədli siyasət nəticəsində ordumuzun döyüş qabiliyyəti daha da güclənib, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib və hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Son vaxtlar ölkə başçısının məlum fərmanı əsasında yüzlərlə hərbçiyə dövlət tərəfindən daimi mənzillərin verilməsi və ötən illərdə istifadə olunmayan məzuniyyətə görə pul kompensasiyasının ayrılması kimi məsələlər də bu qəbildəndir. Artıq hərbi qulluqçuların sosial-hüquqi müdafiəsini gücləndirmək üçün yeni təkliflər hazırlanaraq ölkənin qanunvericilik qurumlarının müzakirəsinə verilib. Böyük fəxr hissi ilə qeyd etmək istərdim ki, Azərbaycan Cənubi Qafqaz regionunda öz ordusunu daxili imkanları hesabına hərbi texnika və silah-sursatla təmin etmək gücünə malik olan yeganə ölkədir".

Tədbirə qatılan digərlər qonaqlar da əsgərləri bayram münasibətilə təbrik edərək onlara çətin lakin qururverici işlərində uğurlar arzu ediblər.

Tədbirdə Suraxanı rayonu mədəniyyət işçiləri konsert proqramı ilə çıxış ediblər.

Sonda əsgərlərə xatirə hədiyyələri təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə