Birinci Avropa Oyunlarında təmsil olunan Azәrbaycan komandası zәfәr günlәrini yaşayır. Qazandığı medalların sayına görə ikinci yerdә olan komandamız sevinirik ki, bu yeri indiyәdək qoruyub saxlaya bilib. Dünәn 1 qızıl, 2 gümüş, 3 bürünc medal qazanmışıq. Әnәnәvi idman növlәrində gözlәnilәn nailiyyәtlәrdәn savayı, dünәn qılıncoynatmada böyük qәlәbә əldə edə bildik. Bünyatova bacılarının inamlı mübarizəsi bizi sevindirdi.
Bu sözləri iyunun 25-də gәnclәr vә idman naziri Azad Rәhimov "Bakı-2015" birinci Avropa Oyunlarında ötən günün yarışlarının yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Növbәti sevindirici mәqamın tamaşaçıların marağı olduğunu vurğulayan nazir bildirib ki, idman qurğularında yerlәrin 70-80 faizi tutulub. Tamaşaçılar bilet alıb oyunları izləyirlər. Yeni idman mәdәniyyәti formalaşır. Könüllülәr dә işi yüksәk sәviyyәdә aparırlar. Bu da yeni formatda olan mәdәniyyәtdir. Mәqsәdlәrdәn biri Azәrbaycanın dünyaya tanıdılması idi. Bu, әsasәn yayım vasitәsilә aparılır. Oyunlar 61 kanal vasitәsi ilә dünyanın 145 ölkәsinә yayımlanır. 824 milyon mәnzildә bu oyunlar izlәnilir. Açılış mәrasimi 120 ölkәdә canlı yayımlanıb. Yayım saatları tәxminən Soçi Olimpiya Oyunları ilә eynidir. 253 medal dəstindən 194 medal qazanılıb. 59 dәst medal isə 2 gün әrzindә idmançılara tәqdim olinacaq. Dünәn gәnclәr arasında üzgüçülük üzrə dünya rekordu qırılıb. Bu, onu göstәrir ki, bu sahәdә dә idmançıların sәviyyәsi çox yüksәkdir.
"Bakı-2015" birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq (BEGOC) vurğulayıb ki, ötən gün yarışları çoxlu sayda tamaşaçı izləyib. Bu, orta hesabla 75 faiz edir.
O bildirib ki, ötən gün Heydər Əliyev adına İdman Arenasında cüdo yarışlarına start verilib. Bu gün isə velosiped idmanının BMX yarışları başlanacaq. S.Kleqq BMX yarışları proqramında etdikləri dəyişikliyi hava şəraiti ilə əlaqələndirib: "Daha öncə istəmirdik ki, bu yarışı sonuncu gün keçirək. Amma hava şəraiti ilə əlaqədar iyunun 27-də nəzərdə tutulan yarışı bu günə keçirdik".
BEGOC rəsmisi Azərbaycan idmançılarının uğurlarının tamaşaçı sayına təsir göstərdiyini bildirib. Onun sözlərinə görə, bugünkü yarışları 29 minədək tamaşaçının izləyəcəyi gözlənilir: "Bu gün 9 idman növü üzrə 23 dəst medal sahibini tapacaq. Eyni zamanda, 3x3 basketbol üzrə final görüşü olacaq. Sabah isə 26 minə yaxın tamaşaçının gəlişini gözləyirik".
Uzun yolu gözəl nəticələrlə başa çatdırdıqlarını deyən S.Kleqq bildirib ki, Bakı Olimpiya Stadionu artıq bağlanış mərasiminə tam hazırdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB