Astarada “Narkotiklərə yox deyək!” mövzusunda seminar-müşavirə keçirilib
Bu gün Astara rayon Gənclər Evində Rayon İcra Hakimiyyəti eləçə də Gənclər və idman İdarəsinin birgə təşkilatçılığı ilə 26 iyun Beynəlxalq Narkotiklərlə Mübarizə gününə həsr olunmuş " Narkotiklərə yox deyək ! " mövzusunda seminar-müşavirə keçirilib. SİA-nın Cənub bürosunun məlumatına görə, rayonun fəal gənclərinin qatıldıqları tədbirdə Astara rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyevin, idarənin rəis müavini İqrar Cəfərovun, Astara Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin rəisi Kərim Kərimovun, rayonun Suparibağ kənd tam orta məktəbinin xarici dil müəllimi Kəmalə Nəsirovanın, Astara şəhər 4 saylı tam orta məktəbin müəllimi Aygül Məmmədovanın, Rayon Mərkəzi Kitabxanasının direktoru Nazim Fərəməzovon, "Gənclərin Sosial İnkişafına Dəstək" İctimai Birliyinin sədri Rövşən Bağırovun və digərlərinin çıxışları dinlənilib.
Tədbirdə qeyd olunub ki, Astara rayonundan 490 nəfər narkoloji dispanserin qeydiyatındadır. Ailələri və genofondumuzu məhvə doğru aparan bu bəşəri bəlaya qarşı dövlət orqanları, ictimai təşkilatlar, vətəndaşlar birgə qüvvə ilə profiaktiki iş ararmalıdır. Çıxışlarda zərərli vərdiş aludəçilərinin müalicəyə yönəldilməsi və onlardan potensial təhlükəlilərinin təcrid olunmasında inzibati hüquq orqanlarına kömək edilməsinin, xüsusən məktəblərdə şagirdlərlə tərbiyə işində yeni yanaşmanın tətbiq olunmasının vacibliyi diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarına Gənclər və İdman İdarəsinin hazırladığı "Narkotiklərsiz XXI əsr", "Sağlam inkişaf mənəvi inkişafa gedən yoldur" mövzularında bukletlər paylanıb.
Sərraf Mirsəfəroğlu


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB