Bu gün Azərbaycan müdafiə sənayesi naziri Yavər Camalov Əfqanıstan İslam Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mohammad Taqi Xalilini qəbul edib. SİA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Yavər Camalov səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb və Azərbaycan ilə Əfqanıstan arasındakı mövcud əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini bildirib.
Nazir Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı səfirə məlumat verib. Səfir Mohammad Taqi Xəlili səmimi qəbula görə minnətdarlığını bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB