Qubada gilas yığımına başlanılıb

FOTOLAR
Qubada gilas yığımına başlanılıb

Meyvəçiliyin inkişafı üçün böyük potensiala malik Qubada meyvə bağlarının 20-30 faizini gilas bağları təşkil edir. Artıq rayonda çəyirdəkli məhsullardan olan gilas yığımına başlanılıb. Məhsuldarlıq isə bağbanların ürəyincədir. SİA-nın bölgə müxbirinin xəbərinə görə, meyvəçiliyin inkişafı üçün böyük potensiala malik Qubada 14 min 538 hektar meyvə bağı var. Rayonun meyvə bağlarından 20-30 faizini isə gilas meyvəsi təşkil edir. Qalan isə alma bağlarıdır. Hazırda Qubada qara gilasın qiyməti 1 man 90 qəpik - 2 manat arası dəyişir. Ağ gilasın qiyməti isə 1 man 50 qəpikdir.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə